Dövrünün Ədəbiyyatı

Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə ölkədə ictimai-siyasi həyatla yanaşı ideoloji, mədəni, ədəbi-bədii həyatda da ən böyük canlanma əmələ gəldi. Bakı Dövlət Universteti yaradıldı, azərbaycanlı gənclər ali təhsil almaq üçün dünyanın tanınmış universtetlərinə göndərildi. Parlament Azərbaycan türkcəsini dövlət dili elan etdi. Milli maarifin, elmin, mədəniyyətin inkşafı ilə bağlı təxirəsalınmaz tədbirlər görülməyə başladı.

Xalq Cümhuriyyətinin mövcud olduğu illərdə ədəbiyyatda türkçülük, cümhuriyyətçilik, milli dövlətçilik ideyaları geniş tərənnüm olunur, vətənpərvərlik hisləri təbliğedilirdi. F.Köçərli, H.Cavid, C.Cabbarlı, Ə.Cavad, Ü.Hacıbəyli, S.Hüseyn, A.Şaiq, Y.V.Çəmənzəminli, M.Ə.Rəsulzadə kimi mütəfəkkir sənətkarların, yazıçı-publisistlərin, maarif-mədəniyyət xadimlərinin əsərlərində Azərbaycanın milli varlığının təstiqi uğrunda mübarizə ön plana çıxmışdı.

Azərbaycan yazıçılarının müxtəlif ideyalar, ədəbi məktəblər, üslublar üzrə qruplaşması XX əsrin əvvəllərində başlansada, öz məramını, məqsədini açıq elan edən ilk yaradıcılıq təşkilatları, cəmiyyətləri də Xalq Cümhuriyyəti dövründə meydana gəldi. Həmin birliklər ədəbiyyatın get-gedə daha çox ideoloji məzmun kəsb etdiyini, zamanın siyasi konyunkturuna tabe olduğunu göstərirdi. Bu və ya digər siyasi ideoloji mərama mənsubluq ilk yaradıcıllıq təşkilatlarının, yaxud cəmiyyətlərinin fəaliyyəti ilə yanaşı, adında da özünü göstərirdi :”Yaşıl qələm” , “Qırmızı qələm” və s. Ədəbiyyatın bu cür “rənglənməsi” sənət baxımından o qədər təbii olmasada, bədii təfəkkürün cəmiyyət həyatını yaxınlığından irəli gəlirdi.”Yaşıl” rəng türkçülüyün, müsəlmançılığın, “qırmızı” isə inqilabi müasirliyin ifadəsi idi.

Azərbaycanın Şimalının 1920-ci ildə Sovet Rusiyası tərəfindən işğalı nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra ölkədə ictimai-siyasi, ideoloji ovqat dəyişməyə başladı. 20-ci illərdə tədricən, 30-cu illərdə isə xüsusi təzyiqlə kommunist-ideologiyası yeridilir, milli məfkurəyə qarşı amansız qəsdlər edilirdi.

Məsələnin nürəkkəbliyi burasında idi ki, həmin illərdə yaradıcılıqlarının çiçəklənmə, yaxud müdriklik dövrünü yaşayan bir sıra mütəfəkkir söz sənətkarları ədəbiyyata XIX əsrin sonları və ya XX əsrin əvvəllərində gəlmişdilər. Maarifçi-demokrat, tənqidi-realist, yaxud romantik olduqlarına, müəyyən yaradıcılıq təcrübəsinə , sənətkarlıq  üslubuna yiyələndiklərinə görə onları asanlıqla kommunistləşdirmək mümkün deyildi.

Get-gedə güclənən sovet-komminist rejiminin milli məfkurəyə, ədəbiyyatda ilk hücumu XX əsrin əvvəllərində  formalaşmış yazıçılara oldu.

memory_bAzərbaycan tarixində baş vermiş ən böyük faciələrdən biri də 1920-ci illərdən başlayaraq 30 ilə yaxın davam edən repressiya olmuşdur. Belə ki, bu illərdə Azərbaycan Respublikası ərazisində insan hüquqlarına zidd qanunlar əsasında totalitar dövlət rejiminin törətdiyi özbaşınalıq, zorakılıq nəticəsində yüz minlərlə günahsız insan əsasən milli özünüdərk və milli dövlətçilik əqidəsinə, siyasi rejimin diqtəsinə deyil, milli hissiyatla düşündüyünə görə repressiyalara məruz qalmışdır.

Əslində siyasi hadisə hesab olunan repressiya XX əsrin 20-ci illərindən 50-ci illərin əvvəllərinə qədər davam etsə də, 20-40-ci illər arası baş verən hadisələr amansızlığı ilə xüsusi seçilmişdir.
İnsanların “əksinqilabçı”, “trotskiçi”, “casus”, “millətçi”, “üsyançı” kimi müxtəlif ittihamlarla kütləvi şəkildə məhv edilməsi Stalin, Beriya və onların ətrafındakıların bütün SSRİ-də həyata keçirdikləri dəhşətli bir siyasət olmuşdur. Repressiya illərində SSRİ-də ümumilikdə 1575259 adam həbs olunmuşdur. Bunlardan 173382 nəfəri guya “əksinqilabi” iş apardığına görə cəzaya məruz qalmışdır, 1344923 nəfər məhkum edilmiş, 681692 nəfər isə güllələnmişdir.
Repressiya illərində Azərbaycan ərazisindən 100 minə yaxın ziyalı, hərbçi, mədəniyyət və incəsənət xadimi, alim, yazıçı, müəllim, din xadimi Sibirə, Qazaxıstana və digər yerlərə sürgünə göndərilmişdir. Bununla da Azərbaycan cəmiyyətinin ağıllı, elmli, istedadlı, əməksevər, mənəviyyatlı təbəqəsinin çox böyük hissəsi məhv edilmişdir. Bu bir  faktdır ki, əhalinin hər min nəfərinə düşən repressiya qurbanlarının sayına görə Azərbaycan keçmiş sovet respublikaları içərisində birinci yerdə durmuşdu. Əgər 20-ci illərdə birmənalı olaraq ”əksinqilabçı” adı ilə Cümhuriyyətçilər, yaxud müsavatçı və ittihadçılar məhv edilir, həbs olunub Solovki adalarına göndərilirdisə, 37-ci il repressiyası bir qədər qarışıq olmuşdur. Bu mərhələdə insanlar “xalq düşməni”, “pantürkist”, “sui-qəsdçi”, “panislamist” yarlığı altında məhv edilirdi. Bu repressiya burulğanında kommunistlər də var idi. Belə ki, hətta kommunist partiyasının ən məşhur və vəzifə tutan nümayəndələri belə bu fəlakətdən canını qurtara bilməmişdir. Mərkəzdə (Moskvada) Siyasi Büro üzvlərinin ailələrinin repressiyası onun səbəb, məqsəd və icra strukturunun mürəkkəbliyini göstərdiyi kimi, siyasi müxtəlifliyindən asılı olmayaraq heç kəsə güzəşt olunmadığının da bir sübutudur.
Repressiyaya məruz qalanlar içərisində Abbas Mirzə Şərifzadə, Ayna Sultanova, Bəkir Çobanzadə, Cəmşid Naxçıvanski, Hüseyn Cavid, Mikayıl Müşfiq, Qambay Vəzirov, Ruhulla Axundov, Yusif Vəzir Çəmənzəminli, Ömər Faiq Nemanzadə, Əhməd Cavad və s. kimi Azərbaycanın görkəmli elm, mədəniyyət və ictimai xadimləri olmuşdur. Bununla da repressiya Azərbaycanın ümumilikdə intellekt potensialına sarsıdıcı zərbə vurmuşdur.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s