Tağı Şahbazi Simurğ

Tağı_Şahbazi_SimurğTağı Şahbazi Simurq 1892-ci ildə Bakıda anadan olmuşdur. İbtidai təhsilini mollaxanada almışdır. 1902-1905-ci illərdə İçəri şəhərdə 9 saylı məktəbdə, sonra Həbib bəy Mahmudbəyovun müdir olduğu birinci rus-tatar məktəbində təhsilini davam etdirmişdir.
Realnı məktəbi bitirdikdən bir il sonra, 1913-cü ildə Bakıda Üçüncü Gimnaziyada latın dilindən imtahan verib şəhadətnamə almış, onun əsasında həmin il Xarkov Darülfünunun Fizika və Riyaziyyat fakültəsinin Təbiyyat şöbəsinə daxil olmuşdur. Tələbəlik həyatı inqilabi hadisələr mühitində keçmişdir. 1914-cü ildə Darülfünunu Tibb şöbəsinə keçməsi onu inqilabçı tələbələrə daha da yaxınlaşdırmışdır. 1915-ci ildə “Sosial-Demokrat Bolşevik Firqəsi”nin tələbə fraksiyasına daxil olmuşdur. 1917-ci ildə Bakıda “Hümmət” təşkilatında, 1918-ci ildə Xarkovda “Cənub türk-tatar işçisi” hərəkatında fəal çalışmışdır.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s