- 1-ci məktub
- 24 həziran, 1927. Kislovodsk.
Əziz və sevgili Mişkinaz! İndiyə qədər dörd-beş açıq məktub yazmışam. Ərtoğrolun otkrıtkasından başqa bir məktub almamışam. Bilməyirəm, cavab yazmayırsan, yaxud posatxanamı verməyir? Hər-halda, bu qədər tənbəllik yaramaz.
Desəm ki, vannallar və elektrik məndə hal qoymamış, nəinki uzun məktub yazmaq, hətta qısasına da ərinirəm. Daha doğrusu, Məşədi İbad kimi adımı da özgədən soruşuram. Vannalar bütün-bütünə əsabı və hafizəni bərbad edir. Az qalmış ki, tədavi proqramımı yarılayım, bugün-yarın qulluğunuzdayam. Çocuqlardan muğayət ol! Ərtoğrola söylə ki, gözü Turancığın üzərində olsun, savaşmasınlar, yoxsa acıq edib bir yolluq Mərdəkana gəlmərəm. Çocuqları mənim tərəfimdən öpərsən…
Hüseyn Cavid
Mənbə : http://cavid.gen.az/