MİŞKİNAZ XANIMA MƏKTUBLAR

162029_37590928099_3346646_n

      2-ci məktub
      30 iyun, 1927. Kislovodsk.
          Mişkinaz! Bu gün üçüncü məktubunuzu aldım ki, Ərtoğrol ilə bərabər yazmışdınız. Çox məmnun oldum. Keçən gün doktorun yanında idim. Üçüncü dəfə müayinə etdi. Yenə narzan və elektrik və digər ilaclar yazdı. Doktorun fikrincə, iyulun iyirmisinə qədər tədavi bitər, sərbəst olaram. Mən bir də doktora gedəcəyəm. Proqrama bir şey əlavə etməsə, ayın iyirmisində çıxacağam, çünki qəribsəməyə başladım, tanış da çox az… Pənah bəy də dünən yox, srağagün gəldi. Kislovodskın yağmurları dad-bidad eləyir. Dışarı çıxmaq mümkün deyil. Yenə beş-altı girvəngə kökəldim. Professor, qətiyyən yaramaz — deyə, ac buraxır. Gündüz yatmağa heç qoymayır. Gələn dəfə ayrıca Ərtoğrola şəkilli otkrıtka yazacağam, bu dəfə bağışlasın. Çocuqları öpürəm. Ərtoğrol Həlimənin də dərslərinə baxsın…

Baqi ehtiam, səni öpürəm.

Cavid

Mənbə : http://cavid.gen.az

“İTTİFAQ” MƏKTƏBİNƏ BİR NƏZƏR

36-3

      “İqbal”ın 696-cı nömrəsində “İttifaq” məktəbinin bugünkü halını həmiyyət sahiblərinin ixtarına ərz etmişdik. Əcəba, fəryadımızın nə kimi təsiri oldu? Məktəb haqqında nə yapıldı? Maliyyə cəhəti təmin edildimi? İanələrin daima müntəzəm bir surətdə alınması təəhhüd olundumu?.. Bunları bilməyirik. Bildiyimiz bir şey varsa, o dəxi bü xüsusda özlərini əlaqədar bilən kimsələrin etinasızlığı və laqeyidliyidir ki, ciddən şayani-təəssyfdür! Hələ “Simruğ” və “Kimya” təbirinə şayəstə olan cəmiyyəti-xeyriyyə əzasının saiqeyi-nifaq və ədavətlə heç bir günə təşəbbüsdə bulunmamaları hissi-insaniyyə ilə mütəhəssis olan bütün ərbabi-vicdanı dilxun etsə gərəkdir. Vaxtilə mədrəsə üzviyyətinin öz ailələri arasında özlərinə mədari-iftixar bilən möhtərəm kimsələr, əcəba, nədəndir ki, böylə mövqelərdə yaxalarını sıyırırlar. Mədrəsənin maddi və mənəvi ehtiyacına müavinət etmək öylə dursun, qapısından belə keçmək istəməyirlər. Rəyasət həvəsilə uçan zəvat neçin öhdələrinə tərtib edən vəzifənin ifasında müsamihəkar davranırlar? Doqquz illik bir maarif müəssisəsi qapanıb yüz nəfərə qərib məsum çocuqlar pərişan, səfil olunca, bu vicdani məsuliyyətin qarşısında bulunanlar, əcəba, nə kimi bir məzərət bəyan edə bilərlər?
      Məcmui min üç yüz rublədən ibarət olan sərmayeyi-təvəkküldən (kapitaldan) tətil maaşlarını və bir para müsarifati-sairəyi tədiyə etmək üçün iki təqsit etmək üzrə beşər yüz rublə, cəmən min rublə mədrəsənin sandığından alınmışdır. Bu gün mədrəsənin sərmayəsi naminə ancaq yç yüz rublə sandıqda mövcudu vardır ki, o dəxi mədrəsənin altı aylıq bədəli-icarı deməkdir.
      Əmsalı arasında hissiyyati-maarifpərvəranəsilə mümtaz olan Tiflis konsulu general Saidülmülk cənablarının bu xüsüsda lazım gələn iqdamati-məcdanədə bulunaraq övladi-vətənin ikinci tərbiyətgahı olan bu müqqəddəs binanın əhyasına çalışmaları ümididir ki, imdilik bizi mütəəsəlli edir…
      Şübhəsizdir ki, bu mühüm, əhəmiyyətli qədər də fayda – bəxş olan vəzifənin icrası xüsusunda bir məsuliyyəti-vicdani qarşısında olduqlarını unutmayacaqlardır.

Növrəs

        (“İqbal” qəzeti, 31 avqust 1914-cü il)

    Mənbə : http://cavid.gen.az

    NAKAMLIQ

    Böyük bir ziyai-əbədi

    image008Bu gün qara torpaq, əcəlin pənceyi-qəhri Qafqaziyanın Rusiya Türklərinin, daha doğrusu, bütün türk ünsüri-nəsibinin yorulmayan, qəhrəman və çalışqan bir övladını ağuşi-əbədisinə alır.
    Mirzə Abdulla Məhəmmədzadə (A. Sur), Abdulla Tofiq imzaların qəzet sütunlarında görüb bilməyən çox az qare bulunur zənn edirəm.
    İştə o fəal gənc getdi. Nakam olaraq tərki-həyat etdi!
    Gəncədə məbadiyi-ülumu təhsil etdikdən sonra üç sənədən ziyadə İstanbulda ikmali-təhsil ilə məşğul olub, tarix və əbədiyyatda böyük bir ləyaqət göstərmiş olan bu dəyərli cavan, əfsus, minlərcə əfsus ki, dünyadan kam almayaraq, arzularına yetişməyərək millətinə, vətəninə lazım olan ən qiymətli bir zamanında millətini, vətənini tərk etdi, yalnız və yalnız ailə və arxadaşlarının, əhibba və vətəndaşlarının ürəyinə unudulmaz bir həsrət qoyub getdi.
    Mərhum müşarileyh yaşasaydı, ədəbiyyatımıza çox böyük mənfəətlər, çox qiymətli əsərlər bəxş edəcəkdi. Zatən göstərdiyi nümunələr istiqbalının nə dərəcədə parlaq olduğunu müdəqqiq qarelərə təslim etdirmişdir zənn edirəm.
    Fazili-hünərvər, ədibi-siyasətpərvər İbrahimov Sənətullabəy əfəndinin mərhum A. Sur haqqında yazmış olduğu mütaliatı hər kəs oxuyub düşünmüşdür zənn edirəm. Onun türk dilinə, türk ədəbiyyatına olan xidmətləri çox parlaq olacaqdı, əfsus ki, özü söndü, getdi…
    Əvət, bu bir sənə zərfində Qafqaz, ulu Qafqaz sevgili övladlarından üç qiymətli vücud qeyb etdi.
    Birincisi möhtərəm şair mərhum Sabir həzrətləri idi. Mir mumileyhi Tiflisdən Şamaxıya, yəni məzari-ədəmə doğru yollandığı sırada görmüşdüm. O lətif və düşgün sima hala gözümün önündə təcəssüm edib durur.
    Qafqaz öylə nadir vücuda bir də çox çətinliklə malik ola bilər.
    İkincisi vətənpərvər üləmamızdan Hacı Molla Ruhulla həzrətləri idi ki, ziyai-təhəmmülgüdazı islam ruhilə bəslənmiş hər bir vətəndaşı məhzun və dilxun etdi.
    Üçüncüsü isə bu iki mərhumun heç birilə qabili-qiyas olamaz. Çünki onlar kamilən olmasa belə, yenə az-çox yaşayıb və istədikləri qədər millət və vətənlərinə ifai-xidmət edə bilmişlərdir.
    Bu isə (A. Sur), hənuz yeni-yeni qol-qanad açıb, təşəbbüsatda bulunub vətən yavruları üçün, onların tərəqqiyyatı üçün çalışıb-çapalamaqda ikən, ölüm, o acı həqiqət, o müdhiş qüvvət fürsət vermədi. Biçarəni aldı götürdü, bu mütəşəbbis, gənc ədibimizin səbəbi-irtihalına gəlincə, Tiflisdə iki ay zərfində xəstəxanədə bir neçə dəfə əməliyyati-cərrahiyyə (operasiya) icra edildikdən sonra qurtulamayaraq nəhayət, əcəlin ağuşi-dəhşətnakına qovuşmuşdur. Cənab-həqq validəsinə, qardaşlarına və arxadaşlarına, dostlarına və vətəndaşlarına səbri-cəmil əta eləyə…

    Hüseyn Cavid

    İdarə:
    Bu xəbər dünki qəzetimizin təb makinasına verildiyindən sonra əlimizə düşdüyünə görə bir gün təxirə düçar olmuş isə də, cənnətməkan Abdulla Tofiq haqqında bəzi xatirat və təfsilatı havi olduğuna görə, dərci əlzəm bilinmişdir.

    (“İqbal” qəzeti, № 59, 14 may 1912-ci il)

    Mənbə : http://cavid.gen.az

    MİŞKİNAZ XANIMA MƏKTUBLAR

        1-ci məktub
        24 həziran, 1927. Kislovodsk.

    162029_37590928099_3346646_nƏziz və sevgili Mişkinaz! İndiyə qədər dörd-beş açıq məktub yazmışam. Ərtoğrolun otkrıtkasından başqa bir məktub almamışam. Bilməyirəm, cavab yazmayırsan, yaxud posatxanamı verməyir? Hər-halda, bu qədər tənbəllik yaramaz.

    Desəm ki, vannallar və elektrik məndə hal qoymamış, nəinki uzun məktub yazmaq, hətta qısasına da ərinirəm. Daha doğrusu, Məşədi İbad kimi adımı da özgədən soruşuram. Vannalar bütün-bütünə əsabı və hafizəni bərbad edir. Az qalmış ki, tədavi proqramımı yarılayım, bugün-yarın qulluğunuzdayam. Çocuqlardan muğayət ol! Ərtoğrola söylə ki, gözü Turancığın üzərində olsun, savaşmasınlar, yoxsa acıq edib bir yolluq Mərdəkana gəlmərəm. Çocuqları mənim tərəfimdən öpərsən…
    Hüseyn Cavid

    Mənbə : http://cavid.gen.az/

    NAXÇIVANDA NƏ GÖRDÜM?

    CCB6AD2D-E01C-403C-BBC0-D6EB0FF3AFCC_w640_r1_sNaxçıvanlılara

    Rəvayət olunduğuna görə Naxçıvan əski yarımtanrılardan məşhur “Daqyanos”un mərkəzi-səltənəti imiş. Demə ki, çox da kiçik yer sayıla bilməz. Tarix səhifələrində bir para qəraib təsadüf olunur ki, əsrlər keçsə də öz əhəmiyyətini qeyb etməz, necə ki, Zərdüşti məzhəbində cari olan bir çox işlər, imdi belə təbdili-məzhəb etmiş bəzi müsəlmanlar arasında hökmfərmadır.
    Yuxarıdakı rəvayət doğru olmasa belə Naxçıvanın imdiki əhvali-ruhiyyəsi bunu gözəlcə isbat etməkdədir.
    Şəhər əksəriyyətlə ikiyə bölünür: bir qismi qul təbiətində yaşar, miskinliyi sevər. Bir payı da təkəbbür və xudkamlıqdan xoşlanır, daima öz nüfuzunu işlətmək istər.
    Orta yerdə hürriyyət vicdan, bəyani-rəy etmək haqqı kimsəyə verilməmişdir. Müstəsna olaraq bir neçə zat var isə də məətəəssüf sayları üç cüt bir təki aşmaz, hər nə qədər çığırıb-bağırsalar da səsləri-ünləri bir yerə yetişməz.
    Naxçıvan on beş il əvvəl cəhalət uyqusundan diksinmək ehtiyacını duydu, maarif dairəsinə girmək istədi. Milli məktəb təsis etdi, mərhum Sidqi sayəsində çalışıb-çapalamağa həvəsləndi, gündən-günə arş irəli!.. Hərəkət etməyə başladı.
    Sidqi vətənpərvər idi, həmiyyətli idi, məslək sahibi idi, millətini sevərdi. Hər addım başında məşhur Napolyonun (dünyada olmaz-olmaz) düstur-cəsuranəsi sərməşq ittixaz edilmişdi.
    Öyrənmək, bilmək, dev addımları ilə irəliləmək, əfkar-milliyyəyi aydınlatmaq ən birinci məqsəd sayılırdı.
    Bu hal beş-altı il qədər davam etdi. Sonra zavallı Sidqi getdi, məktəbin məktəbliyi də onunla bərabər bitdi.
    İmdi beş-üç gözüaçıq cavan bulunsa, şübhəsiz ki, o beş-altı ilin məhsuludur.
    Sonra nə oldu… Məktəb qapandımı? Xeyr, qapanmadı… Lakin nə zərər verdi, nə xeyir gətirdi. Zira qapansa idi, gözəl bir təhəssür, həzin bir arzu ruhu oxşar idi, insanı məşğul edərdi.
    Məktəbin bu uyğunsuz yaşaması hər kəsi iyrəndirdi. Xalqa böyük bir dərd oldu.
    Məktəbdə əvvəldən hökumət barmağı var idi. Fəqət Sidqi dövründə əsla əl vurulmadı. O zavallı sönər-sönməz istibdadın qara buludları hər tərəfdən məktəbin üzərinə çökməyə başladı. İş büsbütün dəyişdi.
    … Nəhayət işin sonu bir heçdən ibarət qaldı. İki-üç ay sonra qiraətxana da fərağətxanaya təbdil etdi, onunla bərabər bütün həvəslər də bitdi getdi. Və öylə olmaq da icab edərdi, zira bu ani hərəkət, bu məkusi-tərəqqi ciddiyyət və mühakimədən ziyadə şaklabanlığa, nümayişə aid bir vəziyyət idi. Nümayiş üçün qabaran hissiyyat dəniz köpüyündən çox da fərqli olamaz. Qabarması ilə sönüb getməsi bir olur. Hər işdə səbat və istiqamət ən birinci şərt sayılır.
    Mətin və paydar bir iş üçün kəskin bir düşüncə, dərin bir mühakimə lazımdır. Yoxsa halva-halva deməklə ağız şirin olmaz.
    Bu son zamanda bir neçə zat himmət buyurmuşlar, digər bir-iki məktəb daha təsis etmişlər. Doğrusu fəna bir təşəbbüs deyil. Lakin bu da əsassızdır. Kökü çürükdür. Çünki əvvələn hücrələrdə “Üsuli-cədid” məktəbi ayaq tutmaz, tutsa da yürüməz, saniyən əvvəlki məktəbi o hala qoyan hökümət barmağı oldu.
    İmdi də bu yeni məktəb və müavinət olsun deyə yenə bir rusca müəllimi ilişdirildi, fəqət müsəlman imiş, bəs yox.
    Bir də məktəb açan zat ən əvvəlcə hər məsrəfi nəzəri-diqqətə almalı, sonra işin kökünə əl vurmalıdır. Zira təməlsiz (əsassız) divar iki gün yaşar, üçüncü gün uçar, yıxılar, sahibini sevindirəcək yerdə büsbütün məhcub edər, kədərləndirər; son nədamət isə heyhat… faidə verməz. Qız məktəbinə gəlincə, azacıq ehtiyatlı davranmaq icab edər.
    İmdilik müstəid bir türk xanımı ana dilini tədris etməkdədir. Ondan ediləcək istifadə mühəqqəqdir, həm də günəş qədər parlaqdır.
    Lakin rusca müəllimlərinin əxlaq və istedadına bir az diqqət lazım. Məktəb binası olduqca sihhi, gözəl və həvadar bir yerdə vaqe olur, hər xüsusda bu məktəb digərlərindən şərəflidir və onlara tərcih olunmalıdır. Çünki oğlan-qız bütün vətən yavrularının tərbiyeyi-ibtidaiyyəsi ancaq onların ağuşa-şəfqətində hüsulpəzir ola bilər.

    (“Həqiqət” qəzeti, № 3, 4 yanvar 1910-cü il)

    http://cavid.gen.az

    NAXÇIVANDAN TƏBSİRƏ

        Uzaq deyil əzizlər, vərəqlər dönər,
        Həyatımız dəyişər, dünya çevrilər!

    1474447_10151849889688100_92017896_nBəyani-hal: Ərbabi-kəmal və əshabi-məqal həzrətlərində müəyyən və müsəlləmdir ki, qədəm qoyduğumuz əsri-haliyyə islamiyyət aləminə ondördüncü qərn məhsub olur. Və füsuli-ərbəə tibqində şühur sənaviyə kimi füsul qürun tərtib vermək və hər üç qərni maarif aləminə fəsl məlhuz etmək əla səbilül-icəmal mütabiq hal və müvafiq-məqal görünür və cəmi əşxas təvarixşünas nəzərində məlumdur ki, sərvəri-nas peyğəmbər axirüz-zəmanın bisət zamanından üç qərn keçmişə kimi filhəqiqə aləmi-islamiyyət və gülzari-mərifət üçün bahari-bəhcətşüarimiş. Belə ki, məzmundur məşhun kəlam, hikmət nizam həzrəti-xeyrül ənam ki, “Xeyrülqürun qərni” buyurmuşlar icmalən bu barədə bürhan qatedir.Bir mərtəbədə ki, Rəsuli-mədəni dünyayi-dənidən rihlət buyurandan sonra üçüncü qərnin axırına kimi cəmi bilad içrə məkatib və mədaris təmir edilib, hər yerdə beqədri-ülum və nəşri-kəmalat olub, elm təhsilində səy ehtimam edib, maarif kəsb etməkdə əsla təkahül və təsahül etməyib bir an ğəflətdə bulunmadılar. Lakin dördüncü və beşinci qərnə ayaq qoyanda arai müxtəlifə və əqaidi-mütəfərriqə islam içində müntəşir olub, tərəqqi və pişrəft aləminə böyük bir mane vaqe oldu.

    Yavaş-yavaş gülzari-maarif solub və şəmi-mədəniyyət xamuş olub doqquz qərn dəxi tabistan və xəzan və zimistan təbəqində cəhalət və ğəflət ilə keçib, on ikinci qərnin axırına kimi bu minval üzrə qaldı. On üçüncü qərn islamiyyət aləminin ikinci baharının o ili məhsub olduqda “Yevropa” tərəfindən gülşəni-təməddünə bəhəsəb zahir ixtisarən bir nəsimi-həyatbəxş əsüb puç və fəna olmuş gül və giyahə tazədən hərəkət verib fəqət nəşvü nüma məqamına götürdü, yəni xabinazə getmiş xumar gözlərə bəsirətəfza olub, ibdaati-ədidə və ixtiraat-cədidəni görməyə mülzəm və pambuq tıxılmış qulaqları açıb nəqəmət mövzun və əsvat günagunu eşitməyə məcbur etdi. Həmin bu beşdən bir hissəsini teyy etdiyimiz 14-cü qərnə ki, maarif baharının və təməddün gülzarının ikinci qərni məhsub olur, qərni-tərəqqiyyat və əsri-kəmalat deyilir ki, ənvar maarif yer üzünü mütləq əhatə qılıbdır, belə ki, qətəat ərzin bəzi şöbələrində ələlxüsus Qafqazda vaqe olan müsəlmanlar sükunət etdiyini bələddə rus lisanında növbənöv məktəblər təsis olunub, yeddi-səkkiz yaşında balaca balalar gunagun ülum və fünun təhsil etməyə talib və rağib olub, pərvanəsifət şəmi-mərifət dövrəsində kəsrəti iştiyaqdan məqam ehtiraqdadırlar.

    Lakin bu nəşvünüma edən gülüstani-səfadə tazə pərvəriş tapmış növnihalları və şaxeyi-elm və ədəbdə tərbiyə hasil etmiş qönçə gülləri və müəttər çiçəkləri gülşəni-islamiyyətə kənardan vaqe olan ülum və əlsineyi-düvəli-xaricəni kəsb edib dərəceyi-təkmilə yetirməkdən və xarü xəs misal miləli-əncəbiyyənin əqaid və arainin tazə göyərib səbz olmuş gül və giyahə istilasını hər halda nəzərdə tutub müharisət və mühafizət etmək lazım, bəlkə vacibdir. Tainki cüzi tərpətməklə gülşəni-islamiyyət və mədəniyyətə xələl yetişib bilmərrə ayaq altında paymal olmasın. Şeyx Sədinin bu neçə əbyatı münasibi-hal görünür:
    Təzə kök atan ağac bu gün çox zəif olar,

    Azacıq güclü bir əl onu yerdən qoparar.

    Başına buraxsan bir müddət, fikir verməsən,

    Dünya yığılsa belə kökdən çətin sarsıdar.

    Suyu başdan bel ilə kəsmək heç çətin deyil,

    Su artsa fillə keçmək olmaz, hər keçən batar.ı
    Filvaqe mülahizə məqamında əvvəl tüfuliyyətdən göz açmamış vino, pivə, süd, su içkidir deyib təhsilə məşğul olan müəllimin əvvəlcə şəriətdən müttəle olmamaq səbəbinə axırda şürb-əlyəhud olub, islamiyyət aləmindən bixəbər qalmağına heç məzəmmət və məlamət yeri yoxdur:
    Bu gün öldür düşməni, bacarığın əgər var

    Qığılcım alov olsa bir dünya onda yanar.
    Pəs bu surətdə əbnayi-vətən üçün lazımdır ki, əvvəlcə vətən dili olan türk dilini bəzi ruznaməcat və məktubat oxumaqdan ötrü öyrənmək və saniyən fars dilini bir para əhadis və əxbarın məzmununa aşina olmaqdan ötəri oxumaq və salisən ərəb lisanını Quran-məcidin mənasına müttəle olmaqdan ötrü təhsil etmək və rabeən rus dilini ki, dövlət əliyyə imperatoru da təfhim və təfəhhümdən ötrü bəzi məvariddə həqiqət cümleyi-ləvazimatdan ədd olunur kəsb etmək lazım və lərkardır. Və əgər nəzərə alınsa cədidül-ixtira elmlər Qafqaz şöbəsində rus dilindən maəda məzburətül-fövq dillərin heç birində yazılıb dərc olunmayıb, fəqət fikri-bihudə və xəyali-bimənidir, çünki türk dilində osmanlıca nəzərdə olan ülumi-mütənnəvveə kəmayənbəci mütəəddid kitablarda mündəric və məzbutdur. Pəs bu halda alayiqi-insaf və şayan mürvətdir ki, on il, bəlkə ziyadə təhsil etmiş əşxas görürsən türk dilində yazılmış “Şərqi-Rus” ruznameyi-mübarəkəsindən iki sətir oxuyub məzmunundan müttəle olmaqdan aciz və bir neçə kəlmə vətən dilində mətləb əda etməkdə qasirdir. Və gah-gah əxzruyi-təfənnün güzarları məsacid və mənabirə düşüb, üləmayi-əlamdan bəzi mətalib və təhqiqat eşidib mənasını anlamayan surətdə babətindən könlündə islamiyyətə olan cüzi şövq və rəğbəti də kəsilir. (Əl-mərü ədüvvün limo çəhiləhd – kişi bilmədiyi şeyə düşməndir.) Və bəzi bisavad mollalardan sadə ləfzlər ilə əqlimizə sığışmayan zəif rəvayətlərdən eşidib məsciddən çıxanda əsnai söhbətdə onun sözlərini özü üçün əsbabımıza və mayei-istehza qərar verir və bir para müridlərə bu müsəlman oğlu müsəlman, müsəlman millətinin və əbnayi-vətənin halına yanıb, tərəqqi və təməddün fikrində olur. Bir surətdə ki, islamiyyət nə deməkdir, əbədən ittilai olmayıb, əsla məqami-etinada bulunmayır.

        Rasizadə
          (“Şərqi-Rus” qəzeti, 27 avqust 1904-cü il)

    Mənbə : http://cavid.gen.az/

    URMİYƏDƏN MƏKTUB

    M.T. Sidqinin vəfatı münasibətilə
    Aparır külək hər gün gülüstandan bir gülü,
    Ürəyi dağlı, məhzun edir yazıq bülbülü.

    Rusiya dövlətində Qafqaz şöbəsində mütəməddini-möhtərəm və əşxasi-sahibi-qələmdən məhsub olan maarifpərvər və sədaqətgüstər vücudların birisi də cənab mərhum və məğfur məşhədi Təqi Sidqi Ordubadidi ki, filhəqiqə o gunə ərbabi-kamal və əshabi-məqal şəxslərə Qafqaz torpağı bu az zamanda çətin pərvəriş vermiş olar, belə ki, ələl-iqtisal müşarünileyhin pişrəft və rövnəçi mədəniyyətdə səy və ehtimamı kamil dərəcədə olub, təlim və tərbiyə ilə əbnayi-vətənin üzlərinə beş-altı sənə zərfində mərifət qapılarını açıb, təhsili-maarifə nə dərəcədə tərğib və təşviq qıldı, amma o vücudi-ali və məsudun şəvval ayının ğürrəsində dünyayi-fanidən aləmi-cavidani tərəfinə rihlət buyurmağı filvaqe ərbabi-təməddün və əshabi-maarifdən ötrü mayəyi-hüzn və məlal oldu. Xəllaqi-mütəəl o mərhumun qəmi-firqətində rüfəqa və aşinalarına səbr cəmil əta buyursun; həqiqət, o cənabın vəfatın məhnət-ayatı məsmu olduqca nari-məhəbbət şöləvər olub, bu neçə kəlmə əbyatın yazılmasına səbəb oldu:

    Dünyadan köçüb getdi hörmətli böyük Sidqi!
    Min təəssüf ki, bizdən belə şəxsiyyət getdi!
    Dağladı ürəkləri o, öz fərağı ilə,
    Könlümüz munisindən bizləri məhrum etdi.
    Səməndər kimi qeyrət oduna düşüb yandı,
    Rus dövlətində o, belə nöqtəyə çatdı.
    Yazaraq nəşr etdiyi maarif yayımilə,
    Həyat verdi xalqına, qaranlıqdan çıxartdı.
    Xalq inkişafı üçün çox çalışdı, can atdı,
    Heç ağla sığmaz ki, o, bunca imkan yaratdı.
    Gözəl nəğmələr qoşan bülbül artıq oldu lal,
    Həyatdan məhrum olub, fəna həbsində yatdı.
    Onun vəfatı ilə yenə cəhalət artdı,
    Ucaldı şum nəğmələr, şənlik, sevinclər ötdü.
    Həsrət ilə hamının ürəyi doldu qana,
    Fəraqilə onların həyat ümidi itdi.
    Tövhid gülüstanının gülçini olmuşdur o,
    Müqəddəs yol yolçusu olub, o yola getdi.

    Mənbə: http://cavid.gen.az/