Hacı Kərim Sanılı

Hacı Kərim Sanılı kəndli ailəsində doğulmuşdur. Mollaxanada oxumuş (1886-93), Qori Müəllimlər Seminariyasını bitirmişdir (1898). Zəngəzur qəzasının Xaçmaz kənd məktəbində (1898-1902), Gəncə şəhər rus-müsəlman məktəbində (1902-1904), Qazax qəzasının Poylu və Dağ Kəsəmən ibtidai məktəblərində (1905-18) müdir işləmişdir.

1905-ci ildə siyasi fəaliyyətə başlamış, “Difahi” partiyasının fəaliyyətində yaxından iştirak etmişdir. 1917-ci ildən Tiflis menşevik “Hümmət” təşkilatının üzvü olmuşdur. 1918-ci ildə Qazax qəzasının general-qubernatoru vəzifəsində işləmişdir. 1918-ci ilin noyabrında Tiflis “Hümmət” partiyasından Azərbaycan Xalq Cumhuriyyəti Parlamentinə seçilmişdir. Sosialistlər fraksiyasının, sorğu komissiyasının üzvü olmuşdur.
Azərbaycanda sovet hakimiyyəti illərində xalq maarifi sahəsində çalışmış, Azərbaycan İstehlak-Kooperasiya İnstitutunda (1933-35), Sovet Ticarəti İnstitutunun nəzdindəki işçi fakültəsində müəllim (1933-36), Azərbaycan Dövlət Elmi-tədqiqat İnstitutunda elmi işçi, Bakı xalq maarifi şöbəsində inspektor işləmişdir.
Hacı Kərim Sanılı bədii yaradıcılıqla məşğul olmuş, “Aran köçü”, “Namus davası”, “Turut qaçaqları”, “Zülmün sonu”, “Novruz və Gülarə” kimi lirik-epik poemaların, “Canavarlar hökuməti” mənzum satirik əsərinin, lirik şeirlərin müəllifi kimi tanınmışdır.
1937-ci ildə repressiyaya məruz qalmışdır.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s