Hənəfi Zeynallı

Hənəfi Zeynallı 1895-ci ildə Bakıda dəmirçi ailəsində anadan olmuşdur. 1916-cı ildə Bakıdakı Orta Politexnik məktəbini bitirmiş və elə həmin il müsabiqə imtahanını müvəfəqiyyətlə verərək İmperator Texniki Peşə məktəbinə daxil olmuşdur. 1917-ci ildə fevral inqilabından sonra təhsilini yarımçıq qoymuşdur.
Hənəfi_ZeynallıH.Zeynallı 1922-ci ildə Azərbaycan Dövlət Universitetinə daxil olmuş, oranı 1927-ci ildə bitirmiş və təyinatını Şərq fakültəsinin Azərbaycan türk ədəbiyyatı tarixi kafedrasına, sonra isə Azərbaycan Pedoqoji İnstituna almışdır. 1930-cu ildə dosent olmuşdur. 1923-cü ildən Azərbaycan Dövlət Nəşriyyatının əsas yaradıcılarından biri kimi fəaliyyət göstərmiş və oranın baş redaktoru vəzifəsində çalişmışdır. 1923-1931-ci illərdə Azərnəşrdə işləyərkən o, “Kommunist”, “Maarif və Mədəniyyət”, “İnqilab və Mədəniyyət”, “Maarif işçisi” jurnallarında əməkdaşlıq etmiş, geniş ədəbi publisistik yazılarla çıxış etmişdir.
H.Zeynallı 1926-cı ildə yazdığı “Azərbaycan atalar sözləri və məsəllər” (burada 4 minədək atalar sözü və məsəllər toplanmışdır), 1928-ci ildə yazdığı “Türk ədəbiyyatı üzrə iş kitabı” əsərlərində folklor, terminologiya və s. ilə bağlı məsələlərə toxunur.
1937-ci il yanvarın 28-də H.Zeynallı Ruhulla Axundovun əksinqilabi qrupunun üzvü kimi həbs olunub və Azərbaycan SSR CM-nin 72 və 73-cü maddələri üzrə məsuliyyətə cəlb edilib. H.Zeynallının güllələnməsi haqqında hökm 1937-ci il oktyabrın 13-də Bakıda icra olunub.
1957-ci il martın 30-da SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının qərarına görə 1937-ci il sentyabrın 12-də SSRİ Ali Hərbi Kollegiyasının Hənəfi Baba oğlu Zeynallının istintaq işi üzrə çıxartdığı hökm dəyişdirildi və cinayət tərkibi olmadığı üçün iş xətm edildi.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s