MİŞKİNAZ XANIMA MƏKTUBLAR

162029_37590928099_3346646_n

      2-ci məktub
      30 iyun, 1927. Kislovodsk.
          Mişkinaz! Bu gün üçüncü məktubunuzu aldım ki, Ərtoğrol ilə bərabər yazmışdınız. Çox məmnun oldum. Keçən gün doktorun yanında idim. Üçüncü dəfə müayinə etdi. Yenə narzan və elektrik və digər ilaclar yazdı. Doktorun fikrincə, iyulun iyirmisinə qədər tədavi bitər, sərbəst olaram. Mən bir də doktora gedəcəyəm. Proqrama bir şey əlavə etməsə, ayın iyirmisində çıxacağam, çünki qəribsəməyə başladım, tanış da çox az… Pənah bəy də dünən yox, srağagün gəldi. Kislovodskın yağmurları dad-bidad eləyir. Dışarı çıxmaq mümkün deyil. Yenə beş-altı girvəngə kökəldim. Professor, qətiyyən yaramaz — deyə, ac buraxır. Gündüz yatmağa heç qoymayır. Gələn dəfə ayrıca Ərtoğrola şəkilli otkrıtka yazacağam, bu dəfə bağışlasın. Çocuqları öpürəm. Ərtoğrol Həlimənin də dərslərinə baxsın…

Baqi ehtiam, səni öpürəm.

Cavid

Mənbə : http://cavid.gen.az

MİŞKİNAZ XANIMA MƏKTUBLAR

      1-ci məktub
      24 həziran, 1927. Kislovodsk.

162029_37590928099_3346646_nƏziz və sevgili Mişkinaz! İndiyə qədər dörd-beş açıq məktub yazmışam. Ərtoğrolun otkrıtkasından başqa bir məktub almamışam. Bilməyirəm, cavab yazmayırsan, yaxud posatxanamı verməyir? Hər-halda, bu qədər tənbəllik yaramaz.

Desəm ki, vannallar və elektrik məndə hal qoymamış, nəinki uzun məktub yazmaq, hətta qısasına da ərinirəm. Daha doğrusu, Məşədi İbad kimi adımı da özgədən soruşuram. Vannalar bütün-bütünə əsabı və hafizəni bərbad edir. Az qalmış ki, tədavi proqramımı yarılayım, bugün-yarın qulluğunuzdayam. Çocuqlardan muğayət ol! Ərtoğrola söylə ki, gözü Turancığın üzərində olsun, savaşmasınlar, yoxsa acıq edib bir yolluq Mərdəkana gəlmərəm. Çocuqları mənim tərəfimdən öpərsən…
Hüseyn Cavid

Mənbə : http://cavid.gen.az/