“İTTİFAQ” MƏKTƏBİNƏ BİR NƏZƏR

36-3

      “İqbal”ın 696-cı nömrəsində “İttifaq” məktəbinin bugünkü halını həmiyyət sahiblərinin ixtarına ərz etmişdik. Əcəba, fəryadımızın nə kimi təsiri oldu? Məktəb haqqında nə yapıldı? Maliyyə cəhəti təmin edildimi? İanələrin daima müntəzəm bir surətdə alınması təəhhüd olundumu?.. Bunları bilməyirik. Bildiyimiz bir şey varsa, o dəxi bü xüsusda özlərini əlaqədar bilən kimsələrin etinasızlığı və laqeyidliyidir ki, ciddən şayani-təəssyfdür! Hələ “Simruğ” və “Kimya” təbirinə şayəstə olan cəmiyyəti-xeyriyyə əzasının saiqeyi-nifaq və ədavətlə heç bir günə təşəbbüsdə bulunmamaları hissi-insaniyyə ilə mütəhəssis olan bütün ərbabi-vicdanı dilxun etsə gərəkdir. Vaxtilə mədrəsə üzviyyətinin öz ailələri arasında özlərinə mədari-iftixar bilən möhtərəm kimsələr, əcəba, nədəndir ki, böylə mövqelərdə yaxalarını sıyırırlar. Mədrəsənin maddi və mənəvi ehtiyacına müavinət etmək öylə dursun, qapısından belə keçmək istəməyirlər. Rəyasət həvəsilə uçan zəvat neçin öhdələrinə tərtib edən vəzifənin ifasında müsamihəkar davranırlar? Doqquz illik bir maarif müəssisəsi qapanıb yüz nəfərə qərib məsum çocuqlar pərişan, səfil olunca, bu vicdani məsuliyyətin qarşısında bulunanlar, əcəba, nə kimi bir məzərət bəyan edə bilərlər?
      Məcmui min üç yüz rublədən ibarət olan sərmayeyi-təvəkküldən (kapitaldan) tətil maaşlarını və bir para müsarifati-sairəyi tədiyə etmək üçün iki təqsit etmək üzrə beşər yüz rublə, cəmən min rublə mədrəsənin sandığından alınmışdır. Bu gün mədrəsənin sərmayəsi naminə ancaq yç yüz rublə sandıqda mövcudu vardır ki, o dəxi mədrəsənin altı aylıq bədəli-icarı deməkdir.
      Əmsalı arasında hissiyyati-maarifpərvəranəsilə mümtaz olan Tiflis konsulu general Saidülmülk cənablarının bu xüsüsda lazım gələn iqdamati-məcdanədə bulunaraq övladi-vətənin ikinci tərbiyətgahı olan bu müqqəddəs binanın əhyasına çalışmaları ümididir ki, imdilik bizi mütəəsəlli edir…
      Şübhəsizdir ki, bu mühüm, əhəmiyyətli qədər də fayda – bəxş olan vəzifənin icrası xüsusunda bir məsuliyyəti-vicdani qarşısında olduqlarını unutmayacaqlardır.

Növrəs

        (“İqbal” qəzeti, 31 avqust 1914-cü il)

    Mənbə : http://cavid.gen.az

    Leave a Reply

    Fill in your details below or click an icon to log in:

    WordPress.com Logo

    You are commenting using your WordPress.com account. Log Out /  Change )

    Twitter picture

    You are commenting using your Twitter account. Log Out /  Change )

    Facebook photo

    You are commenting using your Facebook account. Log Out /  Change )

    Connecting to %s