URMİYƏDƏN MƏKTUB

M.T. Sidqinin vəfatı münasibətilə
Aparır külək hər gün gülüstandan bir gülü,
Ürəyi dağlı, məhzun edir yazıq bülbülü.

Rusiya dövlətində Qafqaz şöbəsində mütəməddini-möhtərəm və əşxasi-sahibi-qələmdən məhsub olan maarifpərvər və sədaqətgüstər vücudların birisi də cənab mərhum və məğfur məşhədi Təqi Sidqi Ordubadidi ki, filhəqiqə o gunə ərbabi-kamal və əshabi-məqal şəxslərə Qafqaz torpağı bu az zamanda çətin pərvəriş vermiş olar, belə ki, ələl-iqtisal müşarünileyhin pişrəft və rövnəçi mədəniyyətdə səy və ehtimamı kamil dərəcədə olub, təlim və tərbiyə ilə əbnayi-vətənin üzlərinə beş-altı sənə zərfində mərifət qapılarını açıb, təhsili-maarifə nə dərəcədə tərğib və təşviq qıldı, amma o vücudi-ali və məsudun şəvval ayının ğürrəsində dünyayi-fanidən aləmi-cavidani tərəfinə rihlət buyurmağı filvaqe ərbabi-təməddün və əshabi-maarifdən ötrü mayəyi-hüzn və məlal oldu. Xəllaqi-mütəəl o mərhumun qəmi-firqətində rüfəqa və aşinalarına səbr cəmil əta buyursun; həqiqət, o cənabın vəfatın məhnət-ayatı məsmu olduqca nari-məhəbbət şöləvər olub, bu neçə kəlmə əbyatın yazılmasına səbəb oldu:

Dünyadan köçüb getdi hörmətli böyük Sidqi!
Min təəssüf ki, bizdən belə şəxsiyyət getdi!
Dağladı ürəkləri o, öz fərağı ilə,
Könlümüz munisindən bizləri məhrum etdi.
Səməndər kimi qeyrət oduna düşüb yandı,
Rus dövlətində o, belə nöqtəyə çatdı.
Yazaraq nəşr etdiyi maarif yayımilə,
Həyat verdi xalqına, qaranlıqdan çıxartdı.
Xalq inkişafı üçün çox çalışdı, can atdı,
Heç ağla sığmaz ki, o, bunca imkan yaratdı.
Gözəl nəğmələr qoşan bülbül artıq oldu lal,
Həyatdan məhrum olub, fəna həbsində yatdı.
Onun vəfatı ilə yenə cəhalət artdı,
Ucaldı şum nəğmələr, şənlik, sevinclər ötdü.
Həsrət ilə hamının ürəyi doldu qana,
Fəraqilə onların həyat ümidi itdi.
Tövhid gülüstanının gülçini olmuşdur o,
Müqəddəs yol yolçusu olub, o yola getdi.

Mənbə: http://cavid.gen.az/

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s